• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bəzi vətəndaşları qan verməyə məcbur edən səbəb açıqlandı

Azərbaycanda bəzi vətəndaşları qan verməyə məcbur edən səbəb açıqlandı
22.10.2018 10:19
Mərkəzi Qan Bankının balansında ötən il 83 min donor olub. Cari ildə isə bu rəqəm 90 minə çatacaq.

Anews.az xəbər verir ki, bu barədə modern.az-a Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O bildirib ki, institutun Mərkəzi Qan Bankına müraciət edən könüllü donorların sayında ilbəil artım müşahidə olunur:

"Ötən il Aşura mərasimlərində 4 minə yaxın insan qanvermə aksiyalarında iştirak etmişdi. Bu il isə 5539 nəfər qan verib. Əvvəlki illərə nisbətən hər il könüllü donorların sayı artır. Bizdə xüsusi dövlət proqramı qüvvədə olduğuna görə, qan verən donorlar ancaq könüllülərdir. İnstitutun xüsusi briqadaları respublikanın bütün rayonlarına gedərək, icra hakimiyyətlərinin, bələdiyyələrin köməyi ilə qangötürmə prosesi həyata keçirirlər. Qan vermək istəyən könüllü donorlar elə rayonlardaca qan verirlər. Briqadalarımız həmin qan ehtiyatını Bakıya gətirir və biz onları müayinələrdən keçiririk. Komponentlərə ayrılan qanlar ehtiyacı olan şəxslərə verilir. Bundan əlavə, Qan Bankına könüllü müraciət edən şəxslərə də bəhs etdiyimiz qaydada xidmət tətbiq edilir.

Azərbaycan talassemiya xəstələri dövlət proqramı çərçivəsində pulsuz müayinə və müalicə olunurlar. Bu xəstələrə müasir müalicə metodlarının tətbiq edilməsi ilə yanaşı, mütəmadi qan komponentlərinin köçürülməsi də pulsuz həyata keçirilir. Mərkəzi Qan Bankının balansında olan qan ehtiyatı talassemiya xəstələrinə pulsuz verilir.

Qeyd etməliyəm kimi, Bakı şəhərində yerləşən müxtəlif şirkətlər, SOCAR kimi iri müəssisələr bizə müraciət edərək, talassemiya xəstəsi olan insanlara kömək etmək istədiklərini bildirirlər. İşçilərimiz vaxtaşırı həmin şirkətlərə gedərək, donorlardan qan götürür və Mərkəzi Qan Bankına gətirirlər". 

Yeri gəlmişkən, qanvermə aksiyalarında iştirak etmiş bir çox könüllü modern.az-ın əməkdaşı ilə söhbətlərdə etiraf ediblər ki, bu vasitə ilə həm də təhlükəli xəstəliklər, viruslarla bağlı müayinələrdən pulsuz keçmiş olurlar. Yəni adi vaxtlarda xəstəxanalarda, məsələn, hepatit virusuna yoluxub-yoluxmadığını öyrənmək üçün qan analizinə görə yüksək məbləğ ödəmək tələb olunur. Amma könüllü qanvermələrdə iştirak edənlərdən götürülən qanları məcburən  analiz edirlər ki, təhlükəli virusların olub-olmadığı aydınlaşsın. Bəzi vətəndaşlar məhz buna görə könüllü qanverməyə getməli olduqlarını deyirlər.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva da belə halların olduğunu inkar etmir. Z.Əlimirzəyevanın sözlərinə görə, qan verən donorlar bunun sayəsində həm də təhlükəli xəstəliklər, viruslarla bağlı müayinələrdən keçmiş olurlar:

"Könüllü donorlarımızın artmasının səbəblərindən biri də qan verməyin onların orqanizmi üçün xeyirli olmasıdır. Bununla bərabər, alınan qanlar analizlərdən keçirildiyindən, donorlar müxtəlif xəstəlikləri barədə də xəbərdar olurlar. Bu proses digər tərəfdəın dipanserizasiyadır".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol