• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda güclü zəlzələ

Azərbaycanda güclü zəlzələ
24.10.2018 14:29
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində "Azərbaycan Seysmoloqlar Assosiasiyası" İctimai Birliyinin həyata keçirtdiyi "Bakı şəhəri Xətai rayonunun seysmik riskinin qiymətləndirilməsi və baş verə biləcək zəlzələlərin ətraf mühitə təsiri imkanlarının araşdırılması" layihəsinə həsr olunan tədbir keçirilib.

Anews.az "Report"a istinadla xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli ölkə ərazisində seysmik aktivliyin qeyri-bərabər paylandığını deyib.

O, ölkədə güclü zəlzələlərin daha çox Şamaxıda, Gəncədə, Naxçıvan Muxtar Respublikasının Ermənistanla həmsərhəd ərazilərində baş verdiyini diqqətə çatdırıb.

Şöbə müdiri ölkə ərazisində güclü zəlzələlərin baş verməsinin səbəbini də açıqlayıb. O, bunun iri dərinlik qırılmaları ilə əlaqədar olduğunu vurğulayıb.

T.Məmmədli Bakı şəhəri, Xətai rayonu ərazisində olan köhnə, sovet dönəmində tikilən beşmərtəbəli binalarda zəlzələ riskinin böyük olduğunu bildirib. Onun sözlərinə görə, orada ehtimal olunan seysmik təhlükə 8 balla qiymətləndirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol