• $
  • €
  • ₽
  • ₺
  • £

Fədayə Laçından məhkəmədə yeni ifadə: "Qoca mənə..."

Fədayə Laçından məhkəmədə yeni ifadə: "Qoca mənə..."
24.10.2018 16:07
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi keçirilib.

Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə F.Hacıyevin vəkili Elçin Əliyev deyib ki, məhkəmədə ifadə verən bir neçə şahid istintaqa verdiyi ifadəsini təkzib edib: "Həmin şəxslər ifadələrindəki imzaların onlara aid olmadıqlarını bildirdilər. Xahiş edirəm, bununla bağlı məhkəmə xəttşünaslıq ekspertizası keçirilsin".

Müğənni F.Laçının vəkili Türkel Süleymanlı "Qoca" qatardan qaçarkən istifadə etdiyi açarın maddi sübut kimi istintaq orqanından alınmasını istəyib.

F.Laçın vəsatətə münasibət bildirərkən söyləyib ki, E.Məmmədov açarı ondan istəyən zaman qatardan qaçacağını deməyib: "O, məndən açarı istəyəndə həbsxanada qəfəsin qapısını açacağını demişdi".

Məhkəmə vəsatəti təmin etməyib. Proses oktyabrın 29-da davam etdiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol