• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda silahlı insident: tapança ilə iş adamını...

Azərbaycanda silahlı insident: tapança ilə iş adamını...
25.10.2018 14:39
Ağstafa rayonunda silahlı insident olub.

Publika.az xəbər verir ki, bu il iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisindəki fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapançayla öldürəcəyi ilə hədələyib və sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb.

Görülmüş tədbirlərlə A.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb, bu zaman onun sərxoş halda olması müəyyən edilib.

Araşdırmalarla A.Əliyevin qeyd edilən tapançanı Ağstafa şəhər sakini Qurban Yusifova məxsus Poylu kəndi ərazisindəki çoban işlədiyi fermadakı dolabdan tapması müəyyən edilib.

Q.Yusifov Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. O, qeyd edilən "Beretta 1934” markalı silahı tapdığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hər iki şəxs məsuliyyətə cəlb edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol