• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın bu rayonuna güclü qar yağdı - FOTO

Azərbaycanın bu rayonuna güclü qar yağdı - FOTO
27.10.2018 14:32
Azərbaycanın dağlıq rayonlardan olan Daşkəsənə ilk qar yağıb.
 
Modern.az xəbər verir ki, ötən gün günorta saatlarından yağan sulu qar axşam saatlarında qara çevrilib. Ucqar kəndlərə nisbətən rayon mərkəzində daha az müşahidə edilən qar heç bir fəsada yol açmayıb.
 
Yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində az müşahidə edilsə də, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 15-20 santimetrə çatıb.
 
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq kəndlərarası yollarda, o cümlədən yeni inşa olunmuş 25 kilometrlik Daşkəsən- Əmirvar-Qabaqtəpə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb.
 
Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün yerli yol idarəsi tərəfindən 2 ədəd avtoqreyder, 2 ədəd buldozer, 1 ədəd ekskavator və digər texniki və nəqliyyat avadanlığı sahələrə çıxarılıb. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilib.
 
Rayonun bütün idarə və təşkilatları işlərini qarşıdakı günlər üçün hava proqnozlarını nəzərə almaqla qurur.
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol