• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda maşın taksidən düşən qadını vurub öldürdü - FOTO

Bakıda maşın taksidən düşən qadını vurub öldürdü - FOTO
02.11.2018 10:01
Bilgəh-Buzovna yolunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

Qəza nəticəsində dünyasını dəyişən qadının qızının yaxın günlərdə toyu olmalı idi.

Hadisə şahidləri bildiriblər ki, qadın maşının sol qapısından düşdüyü zaman onu digər avtomobil vurub. Qəza zamanı qadını ünvan başına gətirən taksinin sürücüsü də yüngül xəsarət alıb. 

"Anam işdən qayıdırdı. Məhərrəm ayı başa çatandan sonra toyum olmalı idi. Hamı toya hazırlaşırdı, amma yas düşdü”, - qadının qızı deyib. 

Hadisə yerində araşdırma aparan yol-patrul xidmətinin əməkdaşlarının sözlərinə görə, ilkin ehtimallara əsasən, qəza "Azsamand” markalı avtomobilin sürücüsünün sürət həddini aşması və yolun sağ zolağı ilə ötmə əməliyyatı etməsi olub. 

01.11.2018

Bilgəh-Buzovna yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, "Azsamand” markalı avtomobil qadını vurub. 

Qadın hadisə yerində ölüb. 

Bildirilir ki, qadın taksidən düşərkən "Azsamand” tərəfindən vurulub. 
 




 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol