• $
  • €
  • ₽
  • ₺
  • £

Qışda ətir alarkən nəyə diqqət etməliyik?

Qışda ətir alarkən nəyə diqqət etməliyik?
12.11.2018 20:00
Ətir hər mövsüm istifadə edilən və insanı xüsusi edən ən mühüm gözəllik ayinlərindən biridir. Biz çox vaxt ətri zövqümüzə uyğun olaraq seçirik. Lakin mövsümlər də ətir seçminə birbaşa təsir göstərir. Yay ətirləri mövsüm geyimləri kimi yüngül, rahat və daha təravətli olur. Qışa isə daha ağır ətirlər yaraşır.

Publika.az bu yazıda oxucuları qış ayları üçün uyğun olan ətirlərlə tanış edib.

Qışda, soyuq havalarda ətir qoxuları daha tez yox olur. Odur ki, qış aylarında incə qoxular yerinə daha ağır və ədviyyatlı qoxulara üstünlük vermək tövsiyə edilir. Bu səbəbdən də kəskin ədviyyatlı qoxularda spirt nisbəti daha çoxdur.

Ümumiyyətlə, ənbər, darçın, müşk, vanil, balqabaq, odun və ədviyyatlı qoxulara qışda daha çox üstünlük verilir. Bu qoxular daha kəskin və ekzotikdir. Bununla belə gündəlik üçün çox iddialı və ağır qoxular seçməyin. Kəskin olduqlarından dolayı tünd qoxular ətrafdakıları narahat edə bilər. Odur ki, istifadə olunan ətirləri zamana və getdiyiniz məkana əsasən seçin.

Yüngül ətirlər kateqoriyasına yaşıllıq, okean-ozon, çiçək və meyvə ailələrinə aid olan bəzi ətirlər daxildir. Ağır kateqoriyasına isə ənbər-ağac ailəsi mənsubları aiddir. Ətrin ağırlığı və kəskinliyi günün sonrakı saatlarında artır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol