• $
  • €
  • ₽
  • ₺
  • £

Maşını olmayan deputatlar: “Metroya minirəm”

Maşını olmayan deputatlar: “Metroya minirəm”
12.11.2018 13:37
Milli Məclisdə təmsil olunan  deputatların böyük əksəriyyətinin xidməti avtomobili olmasa da, şəxsi maşınları var. Azərbaycan parlamentinin üzvlərindən üç nəfər isə heç şəxsi maşınlarının da olmadığını bildirir. Özlərinin dediyinə görə, evdən işə-işdən evə gedəndə, həmçinin çağırıldıqları tədbirlərə yollananda ictimai nəqliyyatdan istifadə edirlər.

Modern.az saytı şəxsi avtomobili olmayan və tez-tez ictimai nəqliyyatdan istifadə edən deputatların adlarını təqdim edir:


Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyir ki, nə xidməti , nə də şəxsi maşını var:
 

"Hər gün ictimai nəqliyyatdan və metrodan istifadə edirəm. İctimai nəqliyyatdan istifadəyə üstünlük verməyimi çoxları bilir. Həm də iş yerim yaşadığım əraziyə yaxın olduğundan piyada gəzməyə önəm verirəm. Uzağa getmək lazımdırsa, metrodan, avtobusdan istifadə edirəm”.


Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyevin də şəxsi avtomobili yoxdur. Özü belə deyir:

"Xidməti avtomobilim var, o da Gəncə şəhərindədir. Yeni Azərbaycan Partiyası tərəfindən verilib. Mənim şəxsi avtomobilimin olması ilə bağlı yayılan xəbərlər əsassızdır və yanlış informasiyalardır. Mənim avtomobilim olmayıb. Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə də işə çox vaxt piyada gedirəm. Burada qeyir-adi heç nə yoxdur. Bu, sadəcə olaraq, mənim üçün gündəlik həyat tərzidir. Tələbə vaxtı, Avropada, Türkiyədə ictimai nəqliyyatdan necə istifadə etmişəmsə, indi də elə. Hər kəsin də haqqı var ki, ictimai nəqliyyatdan istifadə etsin”.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev də bununla bağlı açıqlamasında bildirib ki, həftənin ən az 5 gününü ictimai nəqliyyatdan istifadə edir:

"Amma məsələ burasındadır ki, hamı elə bilir göz qaytarıram. Ya da düşünürlər, bunun biznesi, pulu, var-dövləti var, sadəcə üzərinə diqqət cəlb eləmək istəmir. Əslində isə vəziyyət həqiqətən fərqlidir. Durumumdan, bu günümdən əsla və əsla şikayətçi deyiləm. Sadəcə varlı-karlı da deyiləm, bunu da hamı bilsin”. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol