• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə sədri adından mesaj yazan qadın həbs edildi

Məhkəmə sədri adından mesaj yazan qadın həbs edildi
13.11.2018 23:00
Dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Abşeron rayon sakini Ülviyyə Abdalova həbs olunub. 

Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, Ü.Abdalova cinayət işi üzrə məhkəməyə gəlmədiyi üçün onun barəsində axtarış elan edilmişdi. 

Polis əməkdaşlarının səyi nəticəsində o, həbs edilib. 

İttihama görə, Ü.Abdalova eyni mənzili bir neçə nəfərə satıb. 

Qeyd edək ki, Abdalovanın həyat yoldaşı da dələduzluqda ittiham edilib və barəsində cinayət işi açılıb. Onun cinayət işi üzrə məhkəmə iclası Nizami rayon Məhkəməsində baş tutub. O da məlum olub ki, Abdalova həbs edilmədən bir müddət əvvəl Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov barəsində sosial şəbəkələrdə ittihamedici məlumatlar yayıb.

Həmin məlumatda qeyd edilirdi ki, guya Ələddin Cəfərov Ülviyyə Abdalovaya mesaj yazaraq rüşvət aldığını etiraf edib və pulunu geri qaytarmayacağını söyləyib. Amma sonra həmin məlumatın əsassız olduğu, mesajın montajla hazırlandığı üzə çıxmışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol