• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdəmirdə daha bir ailə zorakılığı faktı aşkarlanıb

Kürdəmirdə daha bir ailə zorakılığı faktı aşkarlanıb
13.11.2018 22:19
Kürdəmirdə kişinin 29 yaşlı həyat yoldaşını bıçaqlamasının səbəbi məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir şəhəri rayonun İsmət Qayıbov küçəsində yerləşən mənzildə kirayə yaşayan 1986-cı il təvəllüdlü Babayev Anar Qəhrəman oğlu həyat yoldaşı, 1989-cu il təvəllüdlü Babayeva Dursədəf Əmirşah qızını mübahisə zəminində bıçaqlayıb.
 
Belə ki, Anar Babayev həyat yoldaşının ofisiant işlədiyi kafedən işdən çıxmasını tələb edib. Gənc qadın isə ərinin işləmədiyini deyib və uşaqlarının dolanışığı üçün işləməyə məcbur olduğunu, ona görə də işdən çıxmayacağını deyib. Qadının reaksiyasından əsəbiləşən 32 yaşlı Anar Babayev bıçaqla ona hücum edərək bel, qarın boşluğu və bədənin digər nahiyələrinə zərbələr endirib.

Dursədəf Babayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Bildirilir ki, hadisəni törədən A.Babayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol