• $
  • €
  • ₽
  • ₺
  • £

“Yaradan şərabı boşuna haram saymayıb ki...” - Millət vəkili

“Yaradan şərabı boşuna haram saymayıb ki...” - Millət vəkili
16.11.2018 15:33
Millət vəkili Fazil Mustafa BDU-nun dünən işdən çıxarılan rektoru Abel Məhərrəmov və səfir oğlu ətrafında baş verən şərab qalmaqalına sətiraltı münasibət bildirib.

Anews.az BakuPost-a istinadən xəbər verir ki, o, yaradanın şərabı boşuna haram saymadığını deyib: "Hər dəfə xarici səfərdən qayıdanda gömrük işçilərinin diqqətini yük baqajımda çox sayda kitabın olması çəkir. Yaxınlaşıb hörmətlə soruşurlar ki, Fazil müəllim, bu qədər kitabı hər dəfə əziyyətlə xaricdən necə daşıyırsınız? Day bundan sonra kimsə belə bir sual verməz. Məsləhətlisi əziyyətlə də olsa kitab daşımaqdır. Uca Yaradan boşuna şərabı haram saymayıb ki... İlk ayəsi də boşuna "Oxu!" olmayıb ki...”

Xatırladaq ki, dünən prezident İlham Əliyevin sərəncamı ilə Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Buna səbəb kimi isə mətbuatda onun İspaniyada səfir olan oğlu Anar Məhərrəmovla gizli və qanunsuz yollarla şərab biznesi ilə məşğul olduğu barədə məlumat dərc edilib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol