• $
  • €
  • ₽
  • ₺
  • £

5 nəfərin öldüyü yanğınla bağlı cinayət işi açıldı

5 nəfərin öldüyü yanğınla bağlı cinayət işi açıldı
16.11.2018 16:30
Daşkəsən rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi açılıb.

Anews.az xəbər verir ki, bu barədə Report-a Daşkəsən rayon Prokurorluğundan məlumat verilib. 

Belə ki, noyabrın 14-də gecə saatlarında rayonun Quşçu kəndində 5 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və daha çox adam öldürmə) və 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

Xatırladaq ki, Quşçu kənd sakini, 1977-ci il təvəllüdlü Pənah Cəmil oğlu Tağıyeva məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində baş vermiş yanğın zamanı ev sahibinin gəlini, 1990-cı il təvəllüdlü Sevinc Şahin qızı Tağıyeva və onun övladları - 8 yaşlı Aysun, 6 yaşlı Sakit və 1 yaşlı Sadiq həmçinin ev sahibinin qız nəvəsi 11 yaşlı Günel Qoşqar qızı Ədilxanova yanaraq ölüblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol