• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik rəsmisi yarımçıq doğulan uşaqlarda olan qüsurlardan danışdı

Nazirlik rəsmisi yarımçıq doğulan uşaqlarda olan qüsurlardan danışdı
19.11.2018 13:10
Respublika Perinatal Mərkəzi və "Uptodate In Medicine” tibbi konsaltinq şirkətinin birgə təşəbbüsü, Avrasiya Klinik Elmlər Jurnalının dəstəyi ilə "Fetal exokardioqrafiya” mövzusunda seminar keçirilib.

Səhiyyə Nazirliyindən Anews.az-a verilən məlumata görə, seminarda ölkənin müxtəlif tibb müəssisələrinin radioloqları, kardioloqları, reanimatoloqları, ginekoloqları, neonatoloqları, pediatrları iştirak ediblər.

Tədbirdə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, mərkəzin baş həkimi Sevinc Məmmədova çıxış edərək seminarın bütün səhiyyə ocaqlarında çalışan həkim-mütəxəssislər üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Bu gün vaxtından əvvəl doğulmuş uşaqların günüdür. İştirak etdiyimiz tədbir də bu tarixlə əlaqədar mərkəzdə keçirilən növbəti toplantıdır. Tədbirin keçirilməsində əsas məqsəd vaxtından əvvəl doğulmuş körpələrdə ürək qüsurlarının erkən aşkarlanmasının üsullarını birgə müzakirə etməkdir. Belə ki, həmin uşaqların təxminən yarısında yarımçıqlıq əlaməti kimi bir sıra qüsurlar qalır. Bu problemlərə ürəklərində bəzi pərdə və pəncərələrin açıq qalması da aiddir. Uşaqlarda həmin problemləri erkən aşkarladıqda və düzgün müalicə etdikdə onlar ömürlərinin sonunacan ürək qüsurlarından qaçmış olurlar və sağlam böyüyürlər. Bu səbəbdən fetal exokardioqrafiyaya böyük əhəmiyyət verilir".
Tədbir radioloq Azər Fərəcin monoleksiyasının dinlənilməsi ilə davam etdirilib.

Seminarın sonunda həkimlərə davamlı tibbi təhsil üzrə 5 kredit ballıq sertifikatlar verilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol