• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkir sakinindən silah götürüldü

Şəmkir sakinindən silah götürüldü
25.11.2020 15:52
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Anews.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, 43 yaşlı Ceyhun Ələkbərova məxsus rayon ərazisindəki evə baxış keçirilib.

Oradan yataq otağındakı seyfin içərisindən atəşə yararlı "TK” modelli "Korovin” konstruksiyalı tapança və həmin tapançaya məxsus 2 patron aşkar edilərək götürülüb.

Silahın hər-hansı bir cinayətdə istifadə olunub-olunmaması öyrənilmək üçün ekspertizaya göndərilib.

Faktla bağlı Şəmkir RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol