• $
  • €
  • ₽
  • ₺
  • £

Rəis müavini qardaşları polis şöbəsində döydürüb? - Rəsmi açıqlama

Rəis müavini qardaşları polis şöbəsində döydürüb? - Rəsmi açıqlama
11.06.2021 11:58
Cəlilabad rayon sakinləri olan qardaşlar polis şöbəsində rəis müavini Rövşən Quliyev və əməkdaşları tərəfindən döyüldüklərini iddia edirlər.

"Qafqazinfo”ya müraciət edən Rauf Əmənov bildirib ki, iyunun 8-i gecə saat 12 radələrində əməliyyatçı Səbuhi adlı şəxs qardaşları Ramil Əmənov və Toğrul Rizvanlını şöbəyə çağırıblar: "Rəis müavini Rövşən Quliyev otaqda onları nalayiq ifadələrlə söyüb, təhqir edib. Daha sonra onların hər ikisinin qollarını qandallayaraq ayrı-ayrı otaqlarda döyüblər”.

Ramil Əmənov bildirib ki, otaqda Rövşən Quliyevin cəlilabadlıları təhqir etməsinə etiraz edib: "Buna görə rəis müavini Rövşən və əməkdaşları səhərə kimi gəlib-gedib bizi döydülər. Səhər isə polis rəisi dedi ki, sizə qarşı yanlışlıq olub, bu işi barışıqla həll edək. Şöbədən çıxandan sonra polis rəisi Mübariz Quliyev bizim telefonlarımızı qaytarmaq barədə göstəriş versə də, Rövşən Quliyev qaytarmadı”.

Rauf Əmənov da qeyd edib ki, Vəkillər Kollegiyasının üzvü olan digər qardaşı Tural Əmənovla birgə gecə saatlarından səhərə kimi şöbənin önündə gözləsələr də, onları içəri buraxmayıblar: "Səhər saat 10-da vəkil Tural Əmənovu şöbədə rəis Mübariz Quliyev qəbul etdi. Qardaşlarımı 12 saat polis bölməsində saxladıqları zaman onlar təhqir olunub, heç bir məhkəmə qərarı və ya ifadələri alınmadan əlləri qandallanıb, ciddi şəkildə bədən xəsarətləri yetirilib”.

Toğrul Rizvanlı da hadisə ilə bağlı bildirib ki, şöbədə qoluna qandal vuraraq onu döyüblər: "Qulağıma təpik vurdular, başım yerə dəydi”.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinə müraciət etdik. DİN-in Lənkəran regional qrupundan "Qafqazinfo”ya bildirilib ki, həmin şəxslərin iddiaları həqiqəti əks etdirmir: "Bakı şəhər sakini olan bir nəfər şəxs Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edib. O bildirib ki, Cəlilabad rayon sakini olan Toğrul Rizvanlı onun həyat yoldaşına zəng edərək etikadan kənar ifadələr işlədib, bunun səbəbini öyrənmək üçün həmin şəxslə görüşdükdə isə T.Rizvanlı bir neçə tanışı ilə birlikdə onu vuraraq xəsarət yetirib.

Müraciətlə əlaqədar Cəlilabad RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırma zamanı T.Rizvanlı şöbəyə dəvət olunub. Qardaşı ilə birlikdə Cəlilabad RPŞ-yə gələn həmin şəxs şöbənin inzibati binasına daxil olan kimi uca səslə nalayiq ifadələr işlədib. Bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının üzərinə hücum çəkərək onların ünvanına xoşagəlməz ifadələr işlədib, xidməti otaqlardan birində stolları aşıraraq normal xidməti fəaliyyətin pozulmasına yönəlmiş hərəkətlər edib.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol