• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Qəbələdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA
11.08.2021 12:31
"Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə meşədə baş verən yanğınla bağlı bütün qüvvələrimiz səfərbər olunaraq yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğının digər ərazilərə keçməsinin, genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Nazirlik rəsmisi vətəndaşlara bir daha çağırış edib: "Havaların isti keçməsi, insanların təbiət qoynuna üz tutması meşələrdə yanğınların baş vermə ehtimalını artırdığı üçün hər kəsi bir daha yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırırıq. Unutmayaq ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur, söndürülməsi çox böyük əziyyət və zəhmət tələb edir, flora və faunanın, torpaq qatının məhvi ilə bərabər, dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol