• $
  • €
  • ₽
  • ₺
  • £

Artur Rasizadədən haqqında yayılan ölüm xəbərinə REAKSİYA

Artur Rasizadədən haqqında yayılan ölüm xəbərinə REAKSİYA
11.08.2021 13:56
Azərbaycanın sabiq Baş naziri Artur Rasizadənin dünyasını dəyişməsi ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda məlumatlar yayılıb. Sondan bu xəbərin yalan olduğu üzə çıxıb.

Keçmiş baş nazir barəsində yayılan məlumata münasibət bildirib. O, hazırda bağ evində olduğunu, özünü normal hiss etdiyini söyləyib:

"Dünən axşamüstü haqqımda yayılan məlumatı oxudum. Bağda oturmuşam. Yaşlı adamam. Hər hansi işim də yoxdur. Xəbəri oxuyanda həm üzüldüm, həm də güldüm. Ona görə üzüldüm ki, bu xəbəri yaxınlar, doğmalar da oxuyur. Hər bir halda belə yanlış informasiyalara təəssüf edirəm".

Bundan əlavə, Artur Rasizadə haqqında deyilən bir məsələyə də toxunub:

"Bəzən yazırlar ki, illərlə yığıb altına... Bu cür fikirlərə çox üzülürəm. Hüseyn Cavidin bir misrası var: Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət... Başqa nəsə demək istəmirəm".

Artur Rasizadə 2003-2018-ci illərdə Azərbaycanın Baş naziri olub. (modern.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol