• $
  • €
  • ₽
  • ₺
  • £

“Aspirinin yan təsiri vaksindən daha çoxdur”

“Aspirinin yan təsiri vaksindən daha çoxdur”
11.08.2021 23:31
"Aspirinin yan təsiri vaksindən daha çoxdur, amma onu rahatlıqla qəbul edirik”

"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Klinik Diaqnostik Laboratoriyasının şöbə müdiri, tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi Yavər Hacısoy bildirib.

O bildirib ki, pandemiya həddinə çatan infeksion xəstəliklərin qarşısını əsasən peyvəndlərlə almaq mümkündür. Y.Hacısoy buna misal olaraq hazırda yox dərəcəsinə gəlib çıxan çiçək xəstəliyini qeyd edir:

"Bütün infeksiyaların profilaktikasında peyvəndləşmə hər zaman bir nömrəli rol oynayıb. Koronavirusa qarşı peyvəndləşmənin əhalidə bu qədər qorxu yaratması isə sadəcə təəssüf doğurur. Axı bütün dünyada, eləcə də Azərbaycanda hər bir insan anadan olan kimi mütləq şəkildə bəzi xəstəliklərdən peyvəndlənir. Bu proses yetkinlik yaşına qədər davam edir. Amma bu zaman "peyvəndlərdən qorxuram”, "bu vaksin məni öldürəcək” kimi yanaşmalar görmürük. Koronavirus pandemiyası dövründə bəzi insanların ortaya atdığı əsassız fikirlər insanların, cəmiyyətin beyni qarışdırır”.
Yavər Hacısoy bildirir ki, vaksinlərin fəsadları, yan təsiri ilə bağlı qorxular əsassızdır. Çünki müasir dövrdə yan təsiri olmayan hansısa preparat yoxdur: 

"Gündəlik həyatda demək olar hər gün müxtəlif tərkibli ağrıkəsicilər, təzyiq dərmanları, müxtəlif dərmanlar qəbul edən insanlar kifayət qədərdir. İstənilən dərmanın təlimatını oxuduqda, onun kifayət qədər yan təsiri olduğunu görmək olar. Amma insanlar heç buna fikir vermirlər. Bir həkim yoldaşımızın da qeyd etdiyi kimi, vaksinin yan təsiri aspirinə nisbətən daha azdır. Halbuki indiki dövrdə bir çox insan asanlıqla bu dərmanı içsə də, vaksinləşməyə tərəddüd edir”.
Yavər Hacısoy vaksinlərin allergiya vermə ehtimalını təbii hal sayır. Çünki istənilən antibiotikin kiçik dozası bəzi orqanizmlərdə allergik hal yarada bilər. Vaksin isə mikrobun öldürülmüş bir hissəsi olduğuna görə, bədənin ona da allergiya verməsi ola bilər: "Təbii ki, bu fərdi xarakter daşıyır. Vaksinin kimdə allergiya verə biləcəyini əvvəlcədən təyin edən analiz yoxdur. Ona görə də vaksinasiya aparılan bütün məntəqələrdə gözləmə otaqları, şok otaqları yaradılıb. Peyvənd preparatının kiməsə yan təsiri olacaqsa ilk 30 dəqiqə ərzində ola biləcəyi ehtimalını nəzərə alaraq, peyvənd olunanlar bu müddətdə gözlədilməlidir".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol