• $
  • €
  • ₽
  • ₺
  • £

Niyaz Niftiyev aclığa başlamasının səbəblərini açıqladı

Niyaz Niftiyev aclığa başlamasının səbəblərini açıqladı
12.08.2021 17:35
Bakı İstintaq Təcridxanasında saxlanılan Binəqədi bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyev məhkəmə proseslərində qarşılaşdığı haqsızlığa etiraz olaraq aclıq aksiyasına başlayıb.

O, bu aksiyaya başlamasının səbəblərini vəkili vasitəsilə göndərdiyi qısa məktubda açıqlayıb. "Anews.az” həmin məktubu təqdim edir:

"Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə mənim və qeyrilərinin barəsində olan cinayət işinin məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə iclaslarında şahid qismində dindirilmiş şahidlərin 15-i məişət tullantılarının daşınmasına görə Bələdiyyənin inzibati binasında yığımı həyata keçirən "Karat-60” MMC-nin əməkdaşlarına 3-18 manat civarında pul ödədiklərini, əvəzində kassa mədaxil qəbzlərini aldıqlarını, arayış alarkən heç kimə rüşvət vermədiklərini, onlardan əlavə pul tələb olunmadığını bildirmişlər.

Digər şahidlər isə ümumiyyətlə, arayışa görə borcları olmadığından heç bir vəsait ödəmədiklərini bildirmişlər. Mənim sədrlik etdiyim 07 aprel 2020-14 aprel 2020-ci ilə qədər verilən 3 arayışın yalnız 2-nə görə hər birindən 6 aylıq tullantılara görə 18 manat olmaqla, cəmi 36 manat pul alınmışdır. Bunlardan sonra dövlət ittihamçısı Cövdət Mehrəliyev barəmdə cəza tələb etməkdən imtina etdiyinə görə ağır cəza tələb edən digər ittihamçı prokurorla əvəz edilmişdir.
 
Xatırladım ki, cinayət işinin istintaqını aparan 3 müstəntiq dəyişdirilmişdir. Bununla Baş Prokurorluq barəmdə bəraət hökmünün çıxarılmasına mane olmaq və məni həbsdə saxlamaq niyyətini göstərir. Mənə qarşı olan bu haqsızlıqa etiraz əlaməti olaraq 10.08.2021-ci tarixdən aclıq aksiyasına başlamışam.

Niyaz Niftiyev, 11.08.2021, Bakı İstintaq Təcridxanası”

Niyaz Niftiyev saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü. Lakin istintaqın gedişatında bu ittihamlar öz təsdiqini tapa bilmədiyindən və ya bu maddələrlə onun həbsinin uzadılması mümkün olmadığından ittiham maddələri dəyişdirilib. Bu dəfə ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Lakin məhkəmə istintaqı dövründə bu maddələr üzrə ittihamlar da öz təsdiqini tapmayıb. Məhkəmədə ifadə verən şahidlər, həmçinin, bələdiyyənin keçmiş sədri Mətanət Nəsibov və işdə adı keçən digər vəzifəli şəxslər də Niyaz Niftiyevin xeyrinə ifadə veriblər və bununla da ona qarşı irəli sürülən ittihamların əsassızlığını isbat ediblər.

Niyaz Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub, Preziden İlham Əliyev tərfindən "Tərəqqi” medalı ilə təltif olinub. Bir neçə elmi kitabın müəllifidir.

O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. (yenisabah.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol