• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda on minlərlə insan peşə və ixtisas sahibi ola bilmir- Emin Əmrullayev

Azərbaycanda on minlərlə insan peşə və ixtisas sahibi ola bilmir- Emin Əmrullayev
18.11.2026 12:42

Təhsil müəssisələri diplom verərkən məzunun qazandığı bilik və bacarıqları əsas götürməlidir. Diplom təhsil müddətinə görə deyil, şəxsin real bilik və bacarıqlarına uyğun verilməlidir. Bunu elm və təhsil naziri Emin Əmrullayev 2026-cı il Peşə Təhsili Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda təhsilin müxtəlif pillələri üzrə qəbul imkanları əhəmiyyətli dərəcədə artsa da, hələ də bir neçə on min nəfər ixtisas əldə etmədən qalır.

Onun sözlərinə görə, uzun illər ölkədə ali təhsilə qəbul olunanların sayı 20 min nəfər civarında olub. Peşə təhsilində isə bu göstərici ən yüksək dövrlərdə 40-50 min nəfər təşkil edib, 1990-cı illərdə 7-8 minə qədər azalıb.

Əmrullayev qeyd edib ki, hazırda ali təhsildə 60 minə yaxın, orta ixtisas təhsilində 20-25 min, peşə təhsilində isə 25-26 min nəfərlik qəbul imkanları mövcuddur. Lakin ali təhsilə qəbul olunanların bir qisminin peşə və orta ixtisas təhsilindən gəldiyini nəzərə alsaq, yenə də on minlərlə vətəndaş ixtisassız qalır.

Nazir təhsil sistemində əsas məsələlərdən birinin keyfiyyətin artırılması olduğunu vurğulayıb. Onun fikrincə, buna tədris məzmunu, müəllimlərin bacarıqları, qiymətləndirmə mexanizmləri və diplomun arxasında dayanan real bilik və səriştələr təsir edir.

O bildirib ki, ibtidai təhsilin keyfiyyəti digər təhsil pillələrinin nəticələrinə də birbaşa təsir göstərir. Buna görə də Elm və Təhsil Nazirliyinin əsas prioritetlərindən biri ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsidir.

“İstənilən təhsil sistemində ibtidai təhsilin keyfiyyəti aşağıdırsa, digər yuxarı təhsil pillələrinin keyfiyyəti öz-özünə yüksək ola bilməz. Buna görə də əsas prioritetlərimizdən biri ibtidai təhsillə bağlıdır. Bu, zaman tələb edir, bəlkə də bir neçə on il”, – nazir bildirib.

Əmrullayev əlavə edib ki, müəllimlərin sertifikatlaşdırılması zamanı əmək müqaviləsinə xitam verilənlərin böyük hissəsinin ibtidai sinif müəllimləri olması da bu sahədəki problemləri göstərir. O, hazırda ibtidai və məktəbəqədər təhsil sahəsində müəllimlərin ali təhsilli olmasının vacibliyini vurğulayıb.

Nazir peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının da vacib olduğunu bildirib. Onun sözlərinə görə, bəzi bölgələrdə peşə təhsili verən müəllimlərin bacarıqları əmək bazarının müasir tələblərini tam qarşılamağa kifayət etmir.

Əmrullayev vurğulayıb ki, diplomun arxasında dayanan bilik və bacarıqların müəyyənləşdirilməsi təhsil siyasətinin əsas prinsiplərindən biri olmalıdır.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabaha olan hava proqnozu açıqlanıb
Cəmiyyət 12:44
Sabaha olan hava proqnozu açıqlanıb
Azərbaycanda 32 məktəb və bağçada istilik yoxdur
Cəmiyyət 12:38
Azərbaycanda 32 məktəb və bağçada istilik yoxdur
Fermerləri çətin vəziyyətə saldığımızı görə-görə qanun qəbul edirik - deputat
Cəmiyyət 11:45
Fermerləri çətin vəziyyətə saldığımızı görə-görə qanun qəbul edirik - deputat
Fermerlərin 80 faizindən çoxu keyfiyyətsiz kartof toxumu əkir - video
Cəmiyyət 11:25
Fermerlərin 80 faizindən çoxu keyfiyyətsiz kartof toxumu əkir - video
Aqrobiznes festivallarında indiyədək 300-dən çox şirkət iştirak edib
Cəmiyyət 11:23
Aqrobiznes festivallarında indiyədək 300-dən çox şirkət iştirak edib
Azərbaycanda son 4 ildə 37 mindən çox vakansiya təhlil edilib
Cəmiyyət 11:17
Azərbaycanda son 4 ildə 37 mindən çox vakansiya təhlil edilib
Fazil Mustafa sahibkarların fəaliyyətinə mane olan problemləri açıqlayıb
Cəmiyyət 11:10
Fazil Mustafa sahibkarların fəaliyyətinə mane olan problemləri açıqlayıb
İlqar Bayramlı: Yeni peşə ixtisaslarına maraq digər ixtisaslarla müqayisədə iki dəfə yüksəkdir
Cəmiyyət 11:02
İlqar Bayramlı: Yeni peşə ixtisaslarına maraq digər ixtisaslarla müqayisədə iki dəfə yüksəkdir
Biləcəridəki Dəmiryol Xəstəxanasının yerində yeni infrastruktur yaradılacaq
Cəmiyyət 10:50
Biləcəridəki Dəmiryol Xəstəxanasının yerində yeni infrastruktur yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol