Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında, həmçinin bəzi bölgələrdə noyabrın 30-u axşamdan dekabrın 2-si axşamadək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qusar, Şabran, Siyəzən, Xızı, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Son xəbərlər 
Daha çox 























