Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb

Əfqanıstanın Kunar vilayətində məktəbin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 22-yə çatıb, 147 nəfər yaralanıb.
Bu barədə "Al Jazeera" telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Partlayış noyabrın 28-də baş verib. Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəyə səhlənkarlıq səbəb olub. Nəticədə məktəbin azı iki sinif otağının damı çöküb.
Yerli "Jomhor" agentliyinin məlumatına görə, partlayış yaxınlıqdakı yaşayış evində saxlanılan sənaye partlayıcısı səbəbindən baş verib.
Son xəbərlər 
Daha çox 























