Hörmüz boğazında iki neft tankerində partlayış baş verib

Hörmüz boğazında dəniz minaları ilə toqquşan iki neft tankerində partlayış baş verib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, səhər saatlarında dəniz qaydalarına və xəbərdarlıqlara məhəl qoymadan Hörmüz boğazının cənub marşrutu ilə hərəkət edən iki tanker dəniz minaları ilə toqquşaraq partlayıb və güclü yanğın baş verib.
Qeyd olunub ki, partlayan gəmilərdən birinin – supertankerinin göyərtəsində iki milyon bareldən çox xam neft olub.
Daha əvvəl Hörmüz boğazının şərqində neft tankerinin minaya düşdüyü barədə məlumat yayılmışdı.
Son xəbərlər 
Daha çox 























