Ağcabədidə fəaliyyət göstərməyən köhnə məktəb binasında yanğın olub

Ağcabədi rayonunun Minaxorlu kəndində fəaliyyətsiz məktəb binasında yanğın baş verib.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Ümumi sahəsi 370 kvadratmetr olan ikimərtəbəli məktəb binasında baş verən yanğın genişlənərək yaxınlıqdakı fəaliyyətdə olan digər məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb. Yaxınlıqda yerləşən məktəb binası yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Son xəbərlər 
Daha çox 























