• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadi sektor rəsmiləri Putinin uzun masasına çağırılıb - FOTOLAR

İqtisadi sektor rəsmiləri Putinin uzun masasına çağırılıb - FOTOLAR
28.02.2022 17:52
Vladimir Putin, Elvira Nabiullina və Maksim Oreşkin Rusiya iqtisadiyyatında yaranmış çətin durumu müzakirə ediblər.

"Mən sizi iqtisadiyyat və maliyyə ilə bağlı məsələlər haqqında danışmaq üçün dəvət etmişəm. Mixail Vladimiroviç (Mişustin) ilə əvvəllər də bu mövzuda müzakirələrimiz olub. Təbii ki, i Qərb birliyi adlanan qurumun tətbiq etdiyi sanksiyalar nəticəsində yaranmış vəziyyətlə də bağlı müzakirələr aparmalıyıq. Əvvəlki çıxışımda dediyim kimi bu birliyi  "yalan imperiyası" hesab edirəm", - Vladimir Putin iclası bu sözlərlə açıb.
 
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın sifətindən Rusiya iqtisadiyyatının heş də rahat dövrünü yaşamadığı açıq bilinir. 
 

 
Qərb ölkələri fevralın 28-dən Rusiyaya qarşı ciddi iqtisadi sanksiyalar tətbiq edib. Buna səbəb bu ölkənin Ukraynaya hərbi təcavüzü olub. Rusiya banklarının, o cümlədən Putin , Lavrov və bir çox başqa Rusiya oliqarxlarının xarici ölkələrdə olan şəxsi aktilərinə sanksiyalar qoyulub, Rusiya banklari SWIFT hesablaşma sistemindən məhrum edilib, Mərkəzi Bankın  valyuta ehtiyatları dondurulub, BP neft nəhəngi "Rosneft"də olan payını satışa çıxarıb, onun rəhbəri isə "Rosneft"in İdarə heyətindən gedib. 
 
Bundan başqa Rusiya demək olar bütün beynəlxalq idman yarışları və musiqi festivallarında  iştirakdan məhrum edilib. Qərb öz hava məkanını Rusiya hava aviaşirkətlərinin üzünə bağlayıb. 
 
N.Təbrizli 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan sərhədinə dəmir yolunun çəkilişi 2027-ci ilin əvvəlində başa çatacaq
İqtisadiyyat 12:25
Ermənistan sərhədinə dəmir yolunun çəkilişi 2027-ci ilin əvvəlində başa çatacaq
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə!
İqtisadiyyat 12:12
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə!
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
İqtisadiyyat 10:43
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:54
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
İqtisadiyyat 08:26
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
İqtisadiyyat 07:24
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
İqtisadiyyat 07:04
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
İqtisadiyyat 16:48
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol