Fransa da təmas xəttində gərginliyin artmasından narahatdır
Fransa Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər itkilərə səbəb olan gərginliyin artmasından narahatlığını ifadə edib. APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransanın Xarici İşlər Nazirliyinin (XİN) saytında bildirilir. Fransa XİN-in məlumatında qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər. “Fransa tərəfləri atəşkəs haqqında sazişə əməl etməyə, yeni insidentlərdən qaçmaq üçün gərginliyin azaldılması istiqamətində təcili tədbirlər görməyə çağırır”, - deyə məlumatda vurğulanır. ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Siyasət 13:28 Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:24 Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat
Siyasət 13:13 Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 11:57 Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:22 Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:18 Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:03 Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03 Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 22:33 Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib