• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın sələfi lideri İŞİD-ə qoşuldu

Azərbaycanın sələfi lideri İŞİD-ə qoşuldu
19.06.2014 15:24
Azərbaycanda sələfi liderlərindən olan Əlixan Musayev İraqda İŞİD (İraq Şam İslam Dövləti) qruplaşmasının tərkibində döyüşməyə gedib.
 
Publika.az-ın özəl mənbədən əldə etdiyi məlumata görə, Ə.Musayev iki həftə öncə Türkiyə vasitəsilə Suriyaya gedərək İŞİD qruplaşmasının tərkibinə qoşulub: “Qruplaşmanın tərkibində vuruşan azərbaycanlıların əmiri vəzifəsini daşıyır. Hazırda İraqa hücuma keçən İŞİD-in tərkibində azərbaycanlı döyüşçülərə rəhbərlik edir”.
 
Əlixan Musayevin telefonuna zəng çatmaması isə şübhələri bir qədər artırıb.
 
Sələfilərin daxilindən verilən məlumatda qeyd olunur ki, Ə.Musayev bir ay öncəyə qədər Azərbaycanda dərs deyirmiş. Amma son vaxtlar sələfilərdən heç kim onun harda olduğunu dəqiq bilmir. Amma onlar Ə.Musayevin İŞİD-ə qoşulduğuna inanmırlar.
 
Qeyd edək ki, bir müddət öncə Ə. Musayevlə “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov arasında narazılıq yaranmışdı. Buna səbəbsə Ə.Musayevin Suriyaya gedən azərbaycanlıları dəstəkləməsi idi. Sələfi liderləri onun təkfirçi bəyanatlarını geri götürməyə çağırsa da, o, bu addımı atmadı və ayrıldı. Son məlumatlara görə, o, Mehdiabad məscidində fəaliyyət göstərirmiş.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol