• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-in Azərbaycanla bağlı planına - YAP-dan reaksiya

İŞİD-in Azərbaycanla bağlı planına - YAP-dan reaksiya
14.06.2014 12:34
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, YAP-çı deputat Aydın Mirzəzadə İraq Şam İslam Dövlətinin (İŞİD) İslam dövləti yaradaraq şəriət elan etmək istədiklərini ölkələrinin siyahısında Azərbaycanın da adının çəkməsinə münasibət bildirib. 
Deputat qeyd edib ki, təşkilat İraq üçün böyük bir problemdir: “İraq ərazisində fəaliyyət göstərir.  Onun fəaliyyətinin ordan kənara çıxacağına inanmıram. Onun ayrı-ayrı ölkələrlə bağlı yaydığı bəyanat isə pafosdan başqa bir şey deyil. O sadəcə olaraq beynəlxalq ictimaiyyətdə qorxu yaratmağa və öz təsirini digər ərazilərə də yayacağını elan etmək istəyir. istənilən prosesə getmək üçün ona mütləq sosial baza və ictimai dəstək lazımdır. Bu gün İraqdan kənarda həmin təşkilatın ideyalarını dəstəkləyən elə bir qüvvələr yoxdur.  O cümlədən Azərbaycan sivil, yüksək dərəcədə inkişaf etmiş vətənpərvər ölkədir. Azərbaycanda bu mümkün olan məsələ deyil”.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti öz inkişafını birmənalı şəkildə müstəqil , müasir dəyərlərə söykənən dövlət quruculuğuna yönəldib.: “Hakimiyyət orqanları da Azərbaycan dövlətçiliyini  qorunub saxlanması və təhlükəsizliyinin təmin edilməsi üçün maksimum tədbirlər görürlər. Bu baxımdan Azərbaycanla bağlı dediklərinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycanda təriqətlərə bölünmə yoxdur.  Vahid İslam dini var. Bu baxımdan hər kəs İslami dəyərlərə öz hörmətini göstərir.  Həmçinin Azərbaycanda tarixən həmişə dinin də, dövlətin də öz rolu olub. Bu baxımdan bu gün İraqda baş verən hadisələr məhz orda baş verməli idi ”./Qafqazinfo/
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol