• $
  • €
  • ₽
  • ₺
  • £

Kərkük türkmənləri Azərbaycandan kömək istədi

Kərkük türkmənləri Azərbaycandan kömək istədi
12.06.2014 14:46
Kərkük türkmənləri Türkiyə və Azərbaycandan kömək istəyir.
 
İraq Kərkük Dərnəyinin başqanı Şəmsəddin Küzeci Publika.az-a açıqlamasında durumun qarışıq olduğunu, Mosulun yarısını işğal edən İŞİD-in Kərkükü də təhdid altında saxladığını bildirib: “İraqda fövqəladə vəziyyət elan edildi. Baş verənlər türkmənlərin əldə saxladıqları kiçik azadlıqlarının da əlindən alınmasına səbəb ola bilər. Kərkük tamamilə kürdlərin idarəsinə verilsə, vəziyyət pis olacaq.
Hazırda Türkiyə öz vətəndaşlarının da girov götürülməsi səbəbinə görə, bölgədəki hadisələri yaxından izləyir. Biz Azərbaycandan da dəstək istəyirik. Nəticədə  kökümüz eynidir. Bu baxımdan, Azərbaycandan olaya müdaxilə etməsini gözləyirik”.
 
Dərnək başqanı türkmənlərin adından Azərbaycanı problemi beynəlxalq təşkilatlarda qaldırmağa çağırıb.
 
“Hazırda Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik Azərbaycandadır. Biz qardaşlarımızdan hamımızın olan bu problemi beynəlxalq ictimaiyyətə çatdırmağı gözləyirik”,– deyə o bildirib.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol