Azərbaycanın Türkiyədəki hərbi attaşesi dəyişdirildi
Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi dəyişdirilib.APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, hərbi attaşe, polkovnik Tofiq Qasımov vəzifəsindən azad edilib. Onun yerinə isə Silahlı Qüvvələrin zabiti, polkovnik İlqar İbrahimov təyin edilib. Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər. Qeyd edək ki, polkovnik Tofiq Qasımov 2012-ci ildə Türkiyəyə hərbi attaşe təyin olunub. Bundan əvvəl o, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi və Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifələrində çalışıb.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Siyasət 13:28 Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:24 Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:13 Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 11:57 Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:22 Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:18 Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:03 Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03 Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 22:33 Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib