• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis bəyanat yaydı

Milli Məclis bəyanat yaydı
06.06.2014 15:22
Azərbaycan Milli Məclisi Rusiyanın İTAR-TASS agentliyinin ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında Azərbaycanın Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyəcəyini bəyan etməsi barədə yaydığı məlumatla bağlı bəyanatla çıxış edib. Milli Məclisdən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Rusiya Dövlət Dumasının dəvəti ilə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin iyunun 4-5-də Moskvada rəsmi səfərdə olarkən Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü barədə İTAR-TASS agentliyinin yaydığı məlumatda yanlışlığa yol verilib: “Guya ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Azərbaycan tərəfi Ukrayna məsələsində Rusiyanın mövqeyini müdafiə edəcək. Bildiririk ki, adı çəkilən görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı, regional məsələlər müzakirə olunsa da, Milli Məclisin sədri tərəfindən belə bir fikir səsləndirilməyib. Azərbaycan Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda aydın şəkildə ifadə edib, ancaq bu məsələ ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olduğunu vurğulayıb. Ölkəmiz bu cür problemlərin beynəlxalq hüquq müstəvisində, danışıqlar yolu ilə həllinə tərəfdardır. Bir daha bildiririk ki, müstəqil Azərbaycanın parlament diplomatiyası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir”. Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi də İTAR-TASS agentliyinin xəbərini təkzib edib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol