• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya çempionatında idmançımız üçüncü oldu

Dünya çempionatında idmançımız üçüncü oldu
19.11.2014 09:20

Daşkənddə güləş üzrə böyüklər arasında keçirilmiş dünya çempionatının nəticələrində dəyişiklik baş verib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından bildirilib ki, sərbəst güləş yarışlarında 97 kiloqram çəki dərəcəsində bürünc medal qazanmış Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan istifadəsi bir neçə mərhələli yoxlamalardan sonra təsdiqini tapıb. Bununla əlaqədar Dünya Güləş Birliyi Şamil Erdoğanın iki il müddətinə oyunlardan kənarlaşdırılmasına, onun qazandığı medalın Kuba güləşçisi Javier Kortinaya verilməsinə qərar verib.

Bu qərar komanda hesabında ölkələrin sıralamasına da təsir edib. Türkiyə yığmasının hesabından bürünc medalın silinməsi dünya çempionatını dördüncü sırada tamamlayan sərbəst güləş millimizin bir pillə irəliləməsinə səbəb olub.

Beləliklə, Daşkənddə keçirilmiş dünya çempionatını 1 qızıl (Hacı Əliyev, 61 kq) və 1 gümüş (Xetaq Qazyumov, 97 kq) medalla başa vuran sərbəst güləşçilərimiz komanda hesabında Rusiya və İrandan sonra 36 xalla üçüncü yerdə qərarlaşıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol