• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yığması FİFA reytinqində 31 pillə geriləyib

Azərbaycan yığması FİFA reytinqində 31 pillə geriləyib
23.10.2014 17:10
FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, oktyabrda baş tutan oyunlardan sonra açıqlanan siyahıda böyük dəyişikliklər olub. Buna səbəb yığmaların iştirakı ilə keçirilən əksər qarşılaşmaların seçmə xarakteri daşımasıdı. Hesabat dövründə 2 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində əvvəl İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandanız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib. Komandamız indi sıralamada 126-cı yerdədi. Lüksemburqla şərik olan millimiz Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır. Ümumiyyətlə, komandamızın qərarlaşdığı 13-cü “onluq”da futbol ölkəsi sayılmayanların arasında qərarlaşıb. İki Avropa yığmasının əhatəsində 5 Afrika, 2 Asiya, 1 Şimali Amerika təmsilçisi də var. Millimiz və “qonşuları”121 (107). Niger – 258122 (120). Kanada – 251123 (126). Liberiya - 249124 (121). Livan - 246125 (114). Ekvatorial Qvineya - 238126 (95). Azərbaycan - 233126 (127). Lüksemburq - 233128 (130). Burundi - 232129 (134). Filippin - 229130 (130). Qvineya-Bisau - 226 İlk “onluq”un tərkibində də dəyişikliklər olub. Belçika və Fransa buradakı mövqeyini yaxşılaşdırıbsa, Hollandiya, Uruqvay və İspaniya geriləyib. İsveçrə buranı tərk edib, Portuqaliya isə ora daxil olub. Almaniya, Argentina və Kolumbiya isə ilk 3 pillədəki mövqelərini qoruyub.İlk “onluq”1 (1). Almaniya – 16692 (2). Argentina – 15653 (3). Kolumbiya – 14204 (5). Belçika – 13885 (4). Hollandiya - 13756 (6). Braziliya – 13077 (9). Fransa – 11918 (7). Uruqvay – 11849 (11). Portuqaliya - 117510 (8). İspaniya - 1119Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən 3-ü irəli, 3-ü geri gedib. Yığmamıza qalib gələn İtaliya ilə Xorvatiya ilk 10 komandaya bir az da yaxınlaşıb. Noyabrda qarşılaşacağımız Norveç də irəliləyib. Qrupumuzda yer alan Bolqarıstan 13, Malta isə 2 pillə geriləyib. AVRO-2016-nın seçmə mərhələsinin H qrupundakı komandalar11 (13). İtaliya – 106414 (19). Xorvatiya – 100259 (46). Bolqarıstan - 53268 (76). Norveç - 481126 (95). AZƏRBAYCAN – 233157 (155). Malta – 129Qeyd edək ki, qonşu Türkiyə yığması isə 614 xalla 46-cıdir. “Ay-ulduzlular” 8 pillə geriləyib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol