• $
  • €
  • ₽
  • ₺
  • £

Qattuzo Azərbaycana məşqçi kimi işləməyə gəlir?

Qattuzo Azərbaycana məşqçi kimi işləməyə gəlir?
23.09.2014 11:51
Hər bir insan öz şəxsi yolunu seçir. Futbol tək İtaliyada deyil. Kritdə işləmək adamda məşqçiliyə dair həvəs oyadır. Stadion çılğın azarkeşlərlə dolu olur. Apasport.az saytının məlumatına görə, bunu Yunanıstanın OFİ klubunun baş məşqçisi Cennaro Qattuzo deyib. İsveçrənin “Syon” və İtaliyanın “Palermo” klublarında qısa müddətli məşqçilikdən sonra Qattuzo iyunun 5-dən Krit adasını təmsil edən OFİ-də çalışır. “Peruca”, “Qlazqo”, “Salernitana”, “Milan” və “Syon”da çıxış etmiş “Rino” ləqəbli futbolçu müsahibəsində Klarens Zeedorf və Filippo İnzaqi kimi niyə “Rossoneri”də işləməməsinə aydınlıq gətirməyə çalışıb. O, ölkəmizdə məşqçi kimi işləməyin də tərəfdarı olduğunu bildirib: “Mən digər mədəniyyətləri də tanımaq istərdim. Məsələn, Azərbaycana işləməyə gedə bilərəm. Məni heç nə qorxutmur. Şotlandiyaya oyunçu kimi çıxış etməyə gedəndə cəmi 18 yaşım vardı. Bir il sonra mən başqa yerdə də işləyə bilərəm”. Qeyd edək ki, İtaliya yığmasının sabiq dayaq yarımmüdafiəçisi olmuş Cennaro Qattuzonun çalışdırdığı OFİ 4 turdan sonra Yunanıstan Superliqasında IX pillədə gedir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol