• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazirdən “Neftçi” – “Çixura” matçındakı insidentə münasibət

Baş nazirdən “Neftçi” – “Çixura” matçındakı insidentə münasibət
02.08.2014 12:22

Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyulun 31-də Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Çixura” matçında baş  verən insidentə münasibət bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir hökumətin ötən gün keçirilən iclasda Bakının “Neftçi” və Gürcüstanın Saçxeri rayonunun “Çixura” futbol komandaları arasında keçirilən oyun zamanı bəzi gürcü azarkeşlərinin hərəkətini təxribat adlandırıb. Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, İrakli Qaribaşvili bu faktı pisləyib və hadisəni təxribat  kimi qiymətləndirib.O, qeyd edib ki, bu təxribat iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə xələl gətirə bilən məqsəd ola bilər.

Gürcüstan hökumətinin başçısı hadisənin vaxtında araşdırılması üçün Daxili İşlər Nazirliyinə göstəriş verib və bu cür təxribatları təşkil edənlərin cəzasız qalmayacaqlarını bildirib. Baş nazir bir daha qeyd edib ki, Azərbaycan  Gürcüstan üçün əsas tərəfdaş və dost dövlətdir. “Gələcəkdə bizim münasibətlərimiz daha da dərinləşəcək”, deyə baş nazir hökumətin iclasında vurğulayıb.

Xatırladaq ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi 8-ci kilometr qəsəbə stadionunda  Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.

Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb. Polis əməkdaşları tərəfindən görülmüş operativ tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol