"Neftçi"nin oyununa nə qədər bilet satılıb?

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçının biletləri iyulun 28-dən satışdadır.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq 3500 bilet satılıb.
Qeyd edək ki, adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır.
ANN.Az
























