Murat Yakın rəsmən “Spartak”da

Moskva “Spartak” ına baş məşqçi təyinatı gerçəkləşib.
Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə gözlənildiyi kimi, türkəsilli İsveçrə mütəxəssisi Murat Yakın gətirilib. Onunla iki illik müqavilə imzalanıb.
İmzalanma mərasimindən sonra M.Yakın Moskvada mətbuat konfransı keçirib.
ANN.Az
























