"Barselona" Fabreqası tənqid etdi

"Barselona" Sesk Fabreqasla yolları ayırmasının səbəbini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytında yer alan xəbərdə deyilir ki, 27 yaşlı yarımmüdafiəçi uğursuz çıxış etdiyi üçün komandadan göndərilib:
"Fabreqas "Barselona"da ildən-ilə formadan düşürdü. Son mövsümün əvvəlində yaxşı oynamasına baxmayaraq, mövsümün ikinci yarısı uğursuz çıxışı ilə yadda qaldı”.
Qeyd edək ki, S.Fabreqas dünən "Çelsi" ilə beş illik müqavilə imzalayıb.
ANN.Az
























