• $
  • €
  • ₽
  • ₺
  • £

Mustafa Dənizli “Xəzər Lənkəran”ın baş məşqçisi postundan ayrılır

Mustafa Dənizli “Xəzər Lənkəran”ın baş məşqçisi postundan ayrılır
29.04.2014 18:31
 2013/14 mövsümündə uğurlu nəticə qazana bilməyən “Xəzər Lənkəran” yay fasiləsində baş məşqçi postunda dəyişiklik edə bilər.Apasport.az saytının məlumatına görə, buna komandanın türkiyəli çalışdırıcısı Mustafa Dənizlinin klubu tərk etməkdə israrlı olmasıdır. Belə ki, “Xəzər Lənkəran”ın 10 illik yubileyində avrokuboklara vəsiqə qazana bilməməyindən sonra türkiyəli mütəxəssis istefa vermək qərarına gəlib. Klub rəhbərliyi tanınmış məşqçini postunda saxlamaq niyyətində olsa da, bu gedişlə Dənizlini yola gətirmək mümkün olmayacaq. Mütəxəssis ən yaxşı halda, mövsümü yola verməyə, son 4 turdan sonra vətəninə qayıtmağa razılaşıb.   Rumıniyalı mütəxəssis Mirça Rednikin klubdan ayrılmasından sonra titul qazana bilməyən “Xəzər Lənkəran” rəhbərliyi də Dənizlinin gedəcəyi ilə barışmaq məcburiyyətində qalıb. Belə olan halda, cənublular məhz Redniki qaytaracağı gözlənilir. Dəfələrlə kluba qayıtmağa hazır olduğunu bəyan edən Redniklə danışıqlara başlanılması zərurəti yaranıb. Neçə vaxtdır azarkeşlərin də geri dönməsini istədiyi rumıniyalının artıq mayın sonlarında Azərbaycana gəlib müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, Rednik 2010-11-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb və bu komanda ilə Azərbaycan kubokunun qalibi olub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol