• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ermənistandan UEFA-ya şikayət etdi

Azərbaycan Ermənistandan UEFA-ya şikayət etdi
28.03.2014 18:26

İşğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının təşkilatçılığı ilə məşqçi kursu keçirilir

İşğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının təşkilatçılığı ilə məşqçi kursu keçirməsi Azərbaycan tərəfinin etirazına səbəb olub. Bununla bağlı AFFA qarşı tərəfə etirazını bildirib və UEFA-ya məlumat verib.

ANS PRESS-in məlumatına görə, UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nın Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını ifadə edib. E.Məmmədov həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə də görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.

Xatırladaq ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol