• $
  • €
  • ₽
  • ₺
  • £

İdmançılarımızla bağlı şok xəbər - Dopinqə görə medallar geri alındı

İdmançılarımızla bağlı şok xəbər - Dopinqə görə medallar geri alındı
17.03.2014 11:56
Azərbaycan idmanı ilə bağlı daha bir şok yaşanıb. Bu dəfə ağır atletika ilə bağlı. Avropa çempionatında medal qazanmış 5 idmançımızın hamısının dopinq qəbul etdiyi məlum olub.  "Axar.az" xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Ağır Atletika Federasiyasının saytında yayılıb. Məlumatda bildirilir ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanı Qazaxıstana dəyişən perspektivli idmançımız Nicat Rəhimov millidə yaşanan özbaşnalıqlardan danışmış, bütün idmançılara məcburi qaydada dopinq verildiyini bildirmişdi.Rəhimovun açıqlamasına münasibət bildirən Ağır Atletika Federasiyasının rəsmiləri onu az qala vətən xaini hesab etmişdilər. Məsələ ilə bağlı federasiya rəsmilərinin də mövqeyini öyrənməyə çalışdıq. Ancaq telefon zənglərimizə cavab verən tapılmadı. Gün ərzində federasiya rəsmilərinin və dopinqdə ilişən idmançıların mövqeyini öyrənməyə çalışacağıq. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol