• $
  • €
  • ₽
  • ₺
  • £

UEFA Avropa Liqası - NƏTİCƏLƏR

UEFA Avropa Liqası - NƏTİCƏLƏR
21.02.2014 09:26
Fevralın 20-də UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.Apasport.az-ın verdiyi xəbərə görə, qitənin ikinci dərəcəli turnirində bütün görüşlər bir gündə baş tutub. Azərbaycan millisinin üzvü Ruslan Abışovun da şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu İspaniyada meydana çıxıb. Kazanlılar La Liqanın autsayderi “Betis”lə münasibətlərinə aydınlıq gətiriblər. Qrup mərhələsini zirvədə başa vuran Rusiya təmsilçisi 10 nəfərlə tamamladığı matçda meydanı 1:1 bərabərliklə tərk edib. Futbolsevərlərin maraqla gözlədiyi digər görüş isə İtaliyada keçirilib. Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Trabzonspor” səfərdə A Seriyasının lideri “Yuventus”la üz-üzə gəlib. Trabzonlular güclü rəqib qarşısında mübariz oyun göstərsələr də, məğlub olublar – 2:0. UEFA Avropa Liqası, 1/16 finalın ilk oyunları "Anji" (Rusiya) - "Genk" (Belçika) - 0:0Qırmızı vərəqə: İlya Maksimov, 89 ("Anji")  PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 0:1QOL: Lima, 59 "Dinamo" (Kiyev, Ukrayna) - "Valensiya" (İspaniya) - 0:2QOL: Varqas, 79 "Liberets" (Çexiya) - "Alkmaar" (Hollandiya) - 0:1QOL: Vierqever, 89 "Dnepr" (Ukrayna) - "Tottnhem" (İngiltərə) - 1:0QOL: Konoplyanka, 81 (pen.) "Yuventus" (İtaliya) - "Trabzonspor" (Türkiyə) - 2:0QOL: Osvaldo, 16, Poqba, 90+4 "Çernomorets" (Ukrayna) - "Lion" (Fransa) - 0:0  "Esbyerq" (Danimarka) - "Fiorentina" (İtaliya) - 1:3QOL: Pusiç, 10 - Matri, 8, İliçiç, 15, Aquilani, 37 (pen.) "Ayaks" (Hollandiya) - "Zalsburq" (Avstriya) - 0:3QOL: Soriano, 14 (pen.), 35, Mane, 21 "Latsio" (İtaliya) - "Ludoqorotes" (Bolqarıstan) - 0:1QOL: Bezyak, 45Qırmızı vərəqə: Kavanda, 73 - Svetoslav Dyakov, 55 "Makkabi" (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə) - 0:0 "Porto" (Portuqaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:2QOL: Kuarejma, 44, Varela, 68 - Xoselu, 72, Sandro, 77 (avtoqol) "Maribor" (Sloveniya) - "Sevilya" (İspaniya) - 2:2QOL: Morales Ta, 33 Vrsiç, 81- Qameyro, 47, Fazio, 72 "Viktoriya" (Çexiya) - "Şaxtyor" (Ukrayna) - 1:1QOL: Tekl, 62 - Adriano, 65 "Betis" (İspaniya) - "Rubin" (Rusiya) - 1:1QOL: Vila, 3 - Yeremenko, 74 (pen.)Qırmızı vərəqə: Aleksandr Prudnikov, 28 ("Rubin") "Suonsi" (İngiltərə) - "Napoli" (İtaliya) - 0:0ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol