• $
  • €
  • ₽
  • ₺
  • £

Mourinyo: "Biz Mançester Siti"yə bənzəmirik"

Mourinyo: "Biz Mançester Siti"yə bənzəmirik"
08.02.2014 17:42

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Premyer Liqada çempionluq yolunda əsas rəqibləri - "Arsenal" və "Mançester Siti" komandaları haqda danışıb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən portuqaliyalı mütəxəssis öz komandasını rəqibləri ilə belə müqayisə edib:

"Biz "Mançester Siti"yə bənzəmirik. Onların heyətində olan futbolçuların əksəriyyəti karyeralarının pik nöqtəsindədir. Orta yaş həddi 24-30-dur. Üstəlik uzun müddətdir ki, bir yerdə oynayırlar. Bu komanda hətta yeni baş məşqçini qəbul etməyə də hazırdır.

"Arsenal"a gəlincə bu komanda əsasən stabil çıxışı ilə fərqlənir. Uzun illərdir London təsmilçisini bir məşqçi çalışdırır. Arsen Venger gənc futbolçularla işləməyi sevir. "Arsenal"ın futbolçuları da uzun müddət bir yerdə oynayırlar. Özü eyni məşqçinin rəhbərliyi altında.

Bizdə isə hər şey tamamilə fərqlidir. Mövsümün əvvəlində mən mübarizəyə hazır olduğumuzu söyləmişdim. Ancaq biz bu gün tam hazır deyilik. Düzdür, hazırda biz üst sıralarda qərarlaşmışıq, çünki həm yaxşı oynadıq, həm də əsas rəqiblərimiz "Arsenal" və "Mançester Siti" klubları da bəzi oyunlarda xal itkisi ilə üzləşdi".

Qol.az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol