• $
  • €
  • ₽
  • ₺
  • £

Avroliqada püşk atıldı - Siyahı

Avroliqada püşk atıldı - Siyahı
15.12.2014 16:56
Bu gün Çempionlar Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Püşk zamanı 32 komanda iki səbətə bölünüb. Avropa Liqasının qrup mərhələsinin 12 qalibi 1-ci, qrup ikinciləri 2-ci səbətdə qərarlaşıb. Yerdə qalan 8 komanda isə Çempionlar Liqasının qrup mərhələsinin üçüncüləri olub. Həmin komandalardan ən yüksək reytinqə malik dörd komanda 1-ci, digər dörd klub isə 2-ci səbətdə yer alıb.

Çempionlar Liqasında olduğu kimi burada da bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klubların qarşılaşması mümkünsüz idi. Türkiyə klublarından yalnız "Beşiktaş" və "Trabzonspor" klubları Avropa Liqasında mübarizəni davam etdirirlər. "Beşiktaş" 1/16 finalda "Liverpul"a, "Trabzonspor" klubu isə "Napoli"yə rəqib olub. Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin oyunları 19-26 fevral tarixlərində keçiriləcək.
 
Avropa Liqasının 1/16 final mərhələsinin cütlükləri:

"Yanq Boyz" (İsveçrə) - "Everton" (İngiltərə)
"Torino" (İtaliya) - "Atletik" (Bilbao, İspaniya)
"Sevilya" (İspaniya) - "Borussiya" (Münhenqladbax, Almaniya)
"Volfsburq" (Almaniya) - "Sportinq" (Portuqaliya)


"Ayaks" (Hollandiya) - "Legiya" (Polşa)
"Olborq" (Danimarka) - "Brügge" (Belçika)
"Anderlext" (Belçika) - "Dinamo" (Moskva, Rusiya)
"Dnepr" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan)


"Trabzonspor" (Türkiyə) - "Napoli" (İtaliya)
"Qenqam" (Fransa) - "Dinamo" (Kiyev, Ukrayna)
"Vilyareal"  (İspaniya) - "Zalsburq" (Avstriya)
"Roma" (İtaliya) - "Feyenoord" (Hollandiya)


PSV (Hollandiya) - "Zenit" (Rusiya)
"Liverpul" (İngiltərə) - "Beşiktaş" (Türkiyə)
"Tottenhem" (İngiltərə) - "Fiorentina" (İtaliya)
"Seltik" (Şotlandiya) - "İnter" (İtaliya)

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol