• $
  • €
  • ₽
  • ₺
  • £

"Futbol tarixində hələ belə bir şey olmayıb" – Qurban Qurbanov

"Futbol tarixində hələ belə bir şey olmayıb" – Qurban Qurbanov
24.12.2014 15:19
"Azarkeşlərimiz həmişə "Qarabağ"ı layiqincə dəstəkləyib və komandanın yanında olub. Bu gün bizim 60 minlik stadionumuz da olsa, inanıram ki, o stadion tam dolacaq. Çünki "Qarabağ" bu gün həqiqətən azarkeşlərin rəğbətini qazanıb. Biz də çalışacağıq ki, uğurlu oyunlarımızı davam etdirək".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilin qaliblərinin mükafatlandırılması mərasimində jurnalistlərə açıqlamasında deyib.

"İnanırıq ki, fevral ayının 5-də UEFA bizim xeyirimizə hansısa qərar qəbul edəcək. Amma bu o demək deyil ki, bu qərar "Qarabağ"ın qrupdan çıxmasını və bizim növbəti mərhələdə oynamağımızı təmin edəcək. Çünki futbol tarixində hələ belə bir şey olmayıb”.

İlin məşqçisi seçilməsinə də münasibət bildirən təcrübəli mütəxəssis bunları deyib: "Keçən il də bu mükafata layiq görülmüşdüm. Bu dəfə isə mütləq səs çoxluğu ilə qalib gəldim. Bu isə mənim məşqçilik məsuliyyətimi daha da artırır. Mənə səs verən hər kəsə öz təşəkkürümü bildirirəm".

Mükafatı peşəkar boksçu Fariz Məmmədovdan almasına da toxunan Q.Qurbanov deyib: "Fariz mənim uşqlıq dostumdur. Bu hədiyyəni mənə onun təqdim etməsi gözlənilməz oldu. İnanıram ki, gələcəkdə uğurlarımızın davamı gələcək və bizə dəstək olan bütün insanları  öz naliyyətlərimizlə sevindirəcəyik."

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol