• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycan karateçiləri Parisdə haqsızlıqla üzləşib

​Azərbaycan karateçiləri Parisdə haqsızlıqla üzləşib
26.01.2015 12:40
 Azərbaycan karateçiləri Dünya Karate Federasiyasının ən nüfuzlu Premyer Liqa turniri sayılan "Open De Paris"də bürünc medallar qazanıblar.

 Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əsas hədəfi "Bakı 2015" I Avropa Oyunları olan milli komandanın üzvlərindən Şahin Atamov (+84 kq) və Tural Ağalarzadə (67 kq) Fransanın paytaxtı Parisdə keçirilən və kiçik dünya çempionatı sayılan turnirdə 3-cü yeri tutublar.

Rafael Ağayev (75 kq) və Rafiz Həsənov (67 kq) isə ciddi hakim haqsızlığı ilə üzləşiblər. Bu səbəbdən, onlar mükafatçılar sırasına düşə bilməyiblər. Bununla belə, R.Ağayev dəfələrlə dünya və Avropa çempionu olmuş italiyalı Luici Busanı məğlub etməyi bacarıb. Premyer Liqanın yekun nəticəsinə əsasən Azərbaycan medal qazana bilən 23 ölkə arasında 17-ci olub. İlk "üçlük"də isə Fransa, Misir və Yaponiya yer alıb. Mötəbər turnirdə 46 ölkədən 929 idmançı iştirak edib.

Qeyd edək ki, milli komandanın növbəti beynəlxalq yarışı fevralın ortalarında Hollandiyada Premyer Liqa turniri olacaq.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol