• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA iddianı təkzib etdi: Böhtandır

AFFA iddianı təkzib etdi: Böhtandır
27.01.2015 17:29
2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Qazaxıstan və Azərbaycan yığmaları arasında Astanada keçirilmiş matç haqda şok iddia irəli sürülüb.

ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, Qazaxıstan mətbuatı həmin görüşü danışılmış oyun kimi qələbə verib.

Hücumçu Sergey Qridinin klubsuz qalmasına toxunan qazaxıstanlı həmkarlarımız belə yazıblar: "Daha çox "Tobol”la matça və Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla danışılmış oyunda vurduğu qollarla yadda qalan Qridin indi özünə klub tapa bilmir”.  

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə açıqlamasında bu iddianı təkzib edib: "Böhtandı. Heç kim Azərbaycan yığmasını oyun verməkdə ittiham edə bilməz. Bu cür iddianın yayılması bizim üçün gözlənilməz oldu. Yığma komanda ölkənin atributlarından biridi. Burda söhbət milli mənafedən gedir. Oyunu satan, Vətənini də satar! Məsələ ilə bağlı tədbir görüləcək. Onlara rəsmi məktub göndərəcəyik. Belə hallar yolverilməzdi”.

Qeyd edək ki, Avro-2012-nin təsnifat mərhələsində keçirilmiş həmin görüş Qazaxıstan yığmasının 2:1 hesabı qələbəsi ilə başa çatıb.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol