Dieqo Kosta cəzalandırılır

İngiltərə Futbol Federasiyası "Çelsi"nin futbolçusu Dieqo Kostanı cəzalandıracaq.
Qol.Az-ın qurumun saytına yaydığı xəbərə görə, buna səbəb ispan hücumçunun İngiltərə Liqa kubokunda "Liverpul"a qarşı oyunda rəqib futbolçunun topuğuna qəsdən zərbə endirməsidir. Bu hərəkətinə görə D.Kosta barədə araşdırmaya başlanılıb.
Britaniya mətbuatı yazıb ki, D.Kosta üç oyunluq cəzalandırıla bilər.
Qeyd edək ki, "Çelsi" - "Liverpul" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
ANN.Az