• $
  • €
  • ₽
  • ₺
  • £

CHP Ankaradan İstanbula yürüşə başlayıb

CHP Ankaradan İstanbula yürüşə başlayıb
15.06.2017 14:12
Türkiyənin ana müxalifəti – Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradan İstanbula böyük etiraz yürüşü başlayıb.

APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, "Ədalət yürüşü” adı verilən aksiya iyunun 14-də CHP millət vəkili, "Hürriyet” qəzetinin sabiq baş redaktoru Enis Bərbəroğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsi ilə əlaqədardır. Paytaxtın Güvən parkından başlanan yürüşə CHP lideri Kamal Kılıçdaroğlu, partiyanın rəhbər şəxsləri, millət vəkilləri, minlərlə üzv və tərəfdarı qatılıb.

K. Kılıçdaroğlu aksiyanın başlanğıcında verdiyi bəyanatda bıçağın sümüyə dirəndiyini bildirib: "Diktatura idarəçiliyi ilə qarşı-qarşıyayıq. Ədalətin olmadığı bir ölkədə yaşamaq istəmirik. Həbsxanaların ağzına qədər dolu olduğu bir ölkədə ədalət olmaz. Ədalətin olmadığı bir yerdə sülh olmaz. Artıq yetər deyirik! Azadlıq, demokratiya istəyirik”.

Yürüş iştirakçılarının K. Kılıçdaroğlunun başçılığı ilə gündə 18 km məsafə qət edəcəkləri və 28 gün ərzində İstanbula çatacaqları gözlənilir.     

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol