• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən böyük sərnişin təyyarəsi – VİDEO

Dünyanın ən böyük sərnişin təyyarəsi – VİDEO
20.06.2017 21:20
"Airbus” konserni A380 laynerini təqdim edib.

Anews.az National Geographic-a istinadən xəbər verir ki, yenilənmiş model dünyanın ən iri sərnişin təyyarəsidir. 

Airbus А380 - geniş füzelyajlı, iki göyərtəli, dörd mühərrikli, reaktiv sərnişin təyyarəsi 2005-ci ildə yaradılıb və bu günə qədər dünyada ən iri silsilə avialayner olaraq qalıb. 

Təyyarənin hündürlüyü 24,08, uzunluğu 72,75, qanadlarının eni 79,75 metrdir. Konfiqurasiyadan asılı olaraq təyyarənin tutumu 52-dən 853 sərnişinə qədər dəyişir.  

A380 təyyarəsi 15 400 km məsafəsinə fasiləsiz uçuşlar həyata keçirməyə qadirdir. Bir çox şirkətlər onu Dubay-Nyu-York, Tokio-Sürix, Frankfurt-Pekin və s. kimi uzaq məsafəli marşrutlarda istifadə edir. Təyyarənin yenilənmiş versiyası "А380plus” adı alıb. Orijinal A380 ilə eyni ölçülərə malik yeni təyyarə əvvəlki saydan 80 sərnişin artıq daşımağa qadirdir.  

Qanadların konstruksiyasının dəyişdirilməsi 4% yanacağa qənaətetmə imkanı yaradır. Maksimal yükqaldırma qabiliyyəti 578 tondur, bu isə əvvəlki göstəricidən 18 ton artıqdır. Yeni modeli almaq istəyən aviaşirkətlər üçün əsas üstünlük isə bir sərnişinin daşınmasında əldə ediləcək 13% qənaətdən ibarətdir.  

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol